ARB TV-də yayımlanan “Hüseynova bacıları” verilişində qonaq olan müğənni Şəbnəm Tovuzlu suallara verdiyi cavabları ilə tənqid atəşinə tutulub.
Buta.media xəbər verir ki, verilişin əvvəlində aparıcılar Tovuzlu ilə yarışma keçiriblər.
Oyunun şərtlərinə əsasən, ifaçı hər suala 4 variantda 20 saniyə ərzində cavab verməli olub.
Sadə suallarla başlayan oyun daha sonra çətinləşib.
“Avropada dörd ölkə” sualına Şəbnəm “Amerikanın özü, İtaliya” cavabını verib. Daha sonra əlavə edib:
“Bu yaxınlarda Dubaya getmişdik. Dubay Avropa deyil, amma yaxındır da... Mən oralarda olmamışam vallah, nə deyə bilərəm. Ona görə də bilmirəm”.
Şəbnəm Tovuzlunun “Hüseynova bacıları” verlişində suallara doğru-dürüst cavab verməməsi sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. İzləyicilər Şəbnəmin coğrafi biliklərini tənqid edərək, onu qınayıblar.