Belarusun yeni xarici işlər naziri təyin edilib

Belarus Prezidenti Aleksandr Lukaşenko yeni xarici işlər naziri təyin edib.

Bu barədə bu gün Belarus dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Bu posta xarici işlər nazirinin birinci müavini Sergey Aleynik təyin olunub.

Qeyd edək ki, əvvəlki nazir Vladimir Makey noyabrın 26-da qəfil vəfat edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ