Bu gün qadağaya baxmayaraq Xəzər televiziyasında yayımlanan "Hər şey daxil" verilişində Rüfət Axundov qonaq olub.
Buta.media Redaktor.az-a istinadən məlumat verir ki, ancaq verilişdə bir müddət sonra onun mahnısı kəsilib və reklama keçid olub.
Məsələ ilə bağlı Xəzər televiziyası ilə əlaqə saxladıq. Televiziyanın sözçüsü Aqşin Kamal bildirdi ki, Rüfətin efirdə olduğu barədə xəbərsiz idi.
Açıqlama verən MTRŞ-in Aparat rəhbəri Asəf Hacıyev isə söylədi ki, bununla bağlı dərhal tədbir görülüb və müğənni efirdən uzaqlaşdırılıb.