Qadağa qoyulmuş müğənni canlı efirə çıxdı - VİDEO

“Hər səhər" proqramında yaşanan qalmaqaldan sonra müğənni Rüfət Axundov ilk dəfə efirə çıxıb. 

Buta.media-nın məlumatına görə, müğənni canlı yayımdan Xərəz TV-nin eifirində yayımlanan “Hər şey daxil” verilişində tamaşaçılardan üzr istəyib:

“Mən bir şeyi deyə bilərəm ki, xalqımıza görə bu yerə gəlib çıxmışıq. Xalqın gözü tərəzidir. Mənim mahnım səslənən zaman hadisə baş verib. Fonoqramın üstündə söz istifadə olunursa, burda mənim nə günahım? İndiyədək adım qalmaqallarda hallanmayıb. Səsimin üstünə səs gedirsə, bu, birbaşa montaj sayılır.  MTRŞ-nin ədalətli qərarına görə təşəkkür edirəm. Əgər təqsirim varsa, üzr istəyirəm”. 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ