Si Cinpindən ərəb ölkələrinə təklif

Çin Xalq Respublikasının sədri Si Cinpin ərəb ölkələrinin liderlərini yuanla neft ticarətinə keçməyə dəvət edib.

Şanxay Neft və Milli Qaz Birjası xammal tədarükü üçün milli valyutalarla ödəniş platformasına çevrilə bilər.

Lakin Çin və ərəb ölkələri arasında xammal tədarükü üçün hesablaşmaların milli valyutalara köçürülməsi üçün lazımi vaxt yetişməyib.

Eyni zamanda ehtimal edilir ki, bu tədbir yuanın qlobal ticarətdə mövqeyini daha da gücləndirə və əsas dünya ehtiyat valyutası kimi ABŞ dollarının dominantlığını zəiflədə bilər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ