Fazil Mustafa: Bütün məsuliyyəti müəllimin üzərinə qoymaq normal deyil

“Ölkəmizdə siyasi narazılığın məktəb üzərindən zəifbənd axtarışları sezilməyə başlayır. Məktəblərdə 20 il öncə olduğu kimi indi də çözülməmiş problemlər var, yaxşı və pis direktorlar, müəllimlər var. Ancaq bütün hallarda məktəb uşaqları etibar edəcəyimiz ən təhlükəsiz və faydalı məkanlardan biridir”.

Buta.media xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa deyib. 

O, bildirib ki, məktəbdə baş verən bu cür hadisələrin şişirdilərək tirajlanması ciddi fəsadlar törədəcək: “Elə edəcəklər ki, müəllimlər sinif pəncərələrinin qabağında durub səssizcə zəng vaxtının çatmasını gözləyəcəklər. Nəyinə lazım başına iş açsın? Nəyinə lazım kimisə narazı salsın? 

Soruşanda da deyəcək ki, mənim vəzifəm şagirdi öyrətmək deyil, onu evinə çıxıb gedənə qədər mühafizə etməkdir. Təbii ki, şagirdlərin mühafizəsi vacibdir, ancaq bunun üçün məktəblərdə kameralar quraşdırılıb, mühafizə xidməti var, bütün məsuliyyəti müəllimin üzərinə qoymaq nə dərəcədə normal sayıla bilər?”.

F. Mustafa hesab edir ki, məktəblərlə bağlı informasıyaların yayılmasında olduqca diqqətli olmalıyıq, bilərəkdən və ya bilmədən zədələdiyimiz müəllim-şagird-ailə münasibətlərini sonra bərpa etmək çox-çox çətin olacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ