Nazir iki rayona yeni polis rəisi təyin etdi

Azərbaycanda iki rayona - Qubadlı və Qobustan rayon polis şöbələrinə (RPŞ) yeni rəis təyin edilib.

"Report"un əldə etdiyi məlumata görə, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Qubadlı RPŞ-nin rəisi polis polkovnik-leytenantı Bəhruz Cabbarov vəzifəsindən azad edilərək Qobustan RPŞ-nə rəis təyin olunub.

Bundan başqa, nazirin digər əmri ilə Siyəzən RPŞ-nin əməliyyat işləri üzrə rəis müavini polis polkovnik-leytenantı Əhməd Nəcəfov vəzifəsindən azad olunraq Qubadlı RPŞ-nə rəis təyin edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ