Nəticə yoxdur - Paşinyan Mustafayev və Qriqoryan arasındakı görüş barədə

Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinləri Şahin Mustafayev, Mher Qriqoryan və Aleksey Overçuk çərşənbə axşamı Moskvada regional dəmir yolu əlaqələrinin bərpası ilə bağlı keçirilən görüşdə konkret qərara gəlməyiblər, 
Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.

“Təəssüf ki, konkret nəticə yoxdur. Amma Ermənistan bu proqramın həyata keçirilməsinə hazırdır və maraqlıdır. Ermənistan istənilən an dəmir yolu əlaqəsini bərpa etməyə hazırdır”, - deyə Paşinyan bəyan edib.

Dekabrın 6-da Ermənistan hökumətinin mətbuat xidməti məlumat verib ki, Moskvada Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinləri - Şahin Mustafayev, Mher Qriqoryan, Aleksey Overçukun həmsədrliyi ilə üçtərəfli işçi qrupunun 11-ci iclası keçirilib. İclas iştirakçıları Azərbaycan, Ermənistan və Rusiyanı birləşdirən dəmir yolunun tikintisi ilə bağlı məsələləri müzakirə ediblər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ