“Bu yola zolaq çəkilməsi üçün dəfələrlə müraciət etmişik” - “Xaliq Faiqoğlu”

Son günlər Bakı-Sumqayıt yoluna, xüsusilə Xırdalan dairəsinədək olan hissəyə avtobus zolağının çəkilməsi məsələsi müzakirə olunur.

Paytaxtdan Xırdalana müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən “Xaliq Faiqoğlu” şirkətindən “Qafqazinfo”ya bildirilib ki, onlar yola avtobus zolağının çəkilməsi ilə bağlı aidiyyəti dövlət qurumlarına son illərdə dəfələrlə müraciət ediblər. Lakin bütün şərait olsa da, həmin yola hələ də avtobus zolağı çəkilməyib: “ “Xaliq Faiqoğlu” şirkəti Bakı şəhəri ilə yanaşı Abşeron rayonu ərazisində də sərnişindaşıma xidməti göstərir. Son illərdə həyata keçirdiyimiz layihələr çərçivəsində Abşeron rayonunun Xırdalan şəhəri və ətraf qəsəbələr istiqamətində müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən marşrut xəttləri üzrə avtobusların yenilənməsini həyata keçirmişik. Hazırda Xırdalan şəhərinə paytaxtdan hərəkət edən və istismarımızda olan 119, 135 və 199 saylı marşrut xəttləri üzrə ən müasir tələblərə cavab verən AVRO-5 standartlı iritutumlu 12 metrlik avtobuslar xidmət göstərir. Həmçinin Abşeron rayonunun Hökməli-Atyalı-Pirəkəşkül-Müşfiq qəsəbələri istiqamətində də 114A və 114B saylı müntəzəm marşrut xtləri üzrə illərdir xidmət göstərməkdəyik. Qeyd edilən marşrut xəttləri üzrə hər gün 100-ə yaxın avtobusla 100-110 min sərnişinə xidmət göstərilir ki, bu da Abşeron rayonunun əsas sərnişin kütləsini əhatə edir.

Bütün bunlarla yanaşı yuxarıda qeyd edilən marşrut xətlərinin və Abşeron rayonunun müxtəlif yaşayış məntəqələri istiqamətlərə hərəkət edən 40-a yaxın digər müntəzəm marşrut xəttlərinin hərəkət etdiyi Bakı-Sumqayıt yolunda hər gün müşahidə edilən güclü sıxlıq və tıxaclar sərnişinlərə keyfiyyətli xidmət göstərilməsinə böyük çətinlik yaradır. Hər gün onminlərlə insan bu yolda tıxacda qalır ki, nəticədə ictimai nəqliyyatın nüfuzu azalmaqla, insanlar fərdi nəqliyyat vasitələrinə yönəlir və tıxacların miqyası daha da artır. Bu vəziyyət həm ekologiyaya, həm sərnişinlərə, həm də şirkətimizə böyük zərbə vurmaqla nəqliyyatda xoitik durumun yaranmasına, insanların kütləvi narazılığına və şikayətlərə səbəb olur. Avtobus zolağının təşkil edilməsi ilə müntəzəm sərnişindaşımann keyfiyyəti artacaq, intervallar azalacaq, insanların daha qısa vaxtda paytaxta və geriyə çatdırılması təmin ediləcəkdir ki, bu da şəxsi nəqliyyat vasitələrindən istifadəni müəyyən dərəcədə azaldacaqdır.

Qeyd edilənləri nəzərə alaraq Bakı-Sumqayıt yolunun Vaz dairəsi adlanan hissəsindən Bakı şəhər Moskva prospektinədək və geriyə olmaqla xüsusi avtobus zolağının təşkil edilməsinə böyük ehtiyac var. Xüsusi nəzarət olunan avtobus zolağının təşkil edilməsi həm də təcili tibbi yarım, yanğınsönürmə və digər operativ nəqliyyat vasitələrinin, eləcə də Sumqayıt istiqamətindən gələn minlərə sərnişinin vaxtında və təhlükəsiz hərəkətini təmin edəcəkdir”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ