DÇ-2022: İspaniya millisi turnirlə vidalaşdı

İspaniya millisi 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatının 1/8 final matçında Mərakeş yığmasına uduzub.

Ər Rayyan şəhərinin “Edyukeyşeyn Siti” stadionunda keçirilən görüş penaltilər seriyasında 0:3 hesabı ilə yekunlaşıb. Əsas və əlavə vaxt qolsuz başa çatıb. Beləliklə, Mərakeş yığması mundialda 1/4 finala yüksəlib, ispanlar isə turnirlə vidalaşıblar.

Turnirin növbəti mərhələsində mərakeşlilər Portuqaliya - İsveçrə görüşünün qalibi ilə qarşılaşacaqlar. Bu matç dekabrın 6-da Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Mərakeş millisi 36 ildə ilk dəfə dünya çempionatının pley-off mərhələsinə yüksəlib. Komanda F qrupunda Xorvatiya, Belçika və Kanadanı qabaqlayaraq birinci olub. İspanlar isə yaponlar, kosta-rikalılar və almanlarla qrupda ikinci olublar. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ