Azərbaycanlı "Pablo Eskobar": Niyə də mən olmayım ki? - VİDEO

Paytaxtın Xətai rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan həbs olunan "Pablo Eskobar" ləqəbli Məhəmməd Məmmədzadə polis əməkdaşlarına izahat verib.

Buta.media-nın məlumatına görə, o özünə ötən əsrin 80-ci illərində dünyanın ən təhlükəli narkobaronlarından biri olmuş Pablo Eskobarı nümunə götürərək hətta sinəsinə belə onun adını döymə ilə yazdırıb.

M. Məmmədzadə ifadəsində bildirib ki, 12 il öncə Eskobarın adını sinəsinə yazdırıb.

"Mən onun pərəstişkarı olmuşam. Niyə də mən olmayım ki?"- M. Məmmədzadə bildirib.

Qeyd edək ki, M.Məmmədzadənin Xətai rayonunda yaşadığı evə baxış zamanı 504 qram heroin və 227,454 qram metamfetamin aşkar edilib.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ