Bayramov: Laçın dəhlizindən sui-istifadə edirlər

Azərbaycan Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasında Rusiyanın rolunu yüksək qiymətləndirir, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Moskvada rusiyalı həmkarı Sergey Lavrov ilə görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.

Bayramov qeyd edib ki, Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması üçün ən mühüm amil üçtərəfli bəyanatların tam yerinə yetirilməsidir, lakin buna bir sıra hallar mane olur: Ermənistan silahlı birləşmələri Azərbaycan ərazilərindən tam çıxarılmayıb və mina təhlükəsi hələ də davam edir.

V.Bayramov qeyd edib ki, Azərbaycan ərazisində 2021-ci ildə Ermənistanın istehsal etdiyi 2700 mina aşkar edilib ki, bu da Laçın dəhlizinin başqa məqsədlər üçün istifadə olunduğunu göstərir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ