Ər hamilə arvadını döydü, yarımçıq doğulan uşaq öldü

Sabirabad rayonunda əri tərəfindən döyülən hamilə qadın erkən doğuş həyata keçirib. 

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə rayonun Axtaçı-Muğan kəndində baş verib.

Həmin kənddə yaşayan və hamiləliyin 30-cu həftəsində olan 2001-ci il təvəllüdlü A.H. noyabrın 28-də axşam saatlarında əri Vüsal Hüseynov tərəfindən döyülüb. Nəticədə qadın aldığı xəsarətlər səbəbindən bir neçə saat sonra yarımçıq qız uşağı dünyaya gətirib. Vaxtından qabaq doğulan körpə dekabrın 4-də xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ