Sumqayıtda fərdi yaşayış evlərinin birində yanğın nəticəsində iki uşaq ölüb.
APA-nın məlumatına görə, hadisə şəhərin Xəzər bağları yaşayış massivində qeydə alınıb.
Belə ki, hadisə yerinə cəlb edilən yanğınsöndürənlər 2017-ci il təvəllüdlü Sübhan Abbasov və 2021-ci il təvəllüdlü Dərya Quliyevanın meyitlərini aşkarlayıblar.
Məlumata görə, hadisə baş verən zamanı evdə uşaqlar tək olub.
Hər iki uşağın meyiti aidiyyatı üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.