Suriya Rusiyanın Bəşər Əsədlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında görüş təşkil etmək cəhdlərinə müqavimət göstərir.
Bu barədə Reuters məlumat yayıb.
Suriya mənbələri vurğulayıblar ki, Dəməşq belə bir görüşün Ərdoğana 2023-cü ildə keçiriləcək seçkilərdə qalib gəlməsinə kömək edə biləcəyinə inanır, xüsusən də, Ankara 3,6 milyon suriyalı qaçqının bir hissəsini öz vətənlərinə qaytarmaq məqsədinə nail olarsa (suriyalıların əksəriyyəti hərbi əməliyyatlardan Türkiyəyə qaçır).
“Niyə Ərdoğana boş yerə qələbə verirsiniz? Seçkilərə qədər heç bir yaxınlaşma olmayacaq” deyən mənbə bildirib ki, Suriya həmçinin iki ölkənin xarici işlər nazirləri arasında görüş ideyasını rədd edib.
“Dəməşq “belə bir görüşün konkret hansısa bir nəticəyə çıxarmadığı təqdirdə faydasız olduğunu hesab edir”, - Rusiyanın təklifi ilə yaxından tanış olan başqa bir mənbə deyib.
Eyni zamanda iki türk mənbəsi, o cümlədən yüksək rütbəli məmur Əsədin Moskvanın Ərdoğanla görüş təşkil etmək cəhdlərini rədd etdiyini mübahisə edib. Onların fikrincə, “hər şey liderlər arasında mümkün danışıqlara doğru gedir”.
Türkiyə rəsmiləri daha əvvəl Suriyada yeni hərbi əməliyyata hazır olduqlarını bildiriblər. Bununla belə, onlar Dəməşqlə danışıqlara hazır olduqlarını da vurğulayıblar. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ərdoğanla Əsədin Moskvada mümkün görüşünü istisna etmədiyini deyib.