Moskvada Qarabağla bağlı görüş olacaq

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada azərbaycanlı və ermənistanlı həmkarları Elmar Məmmədyarov və Zöhrab Mnasakanyanla görüşəcək. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı perspektivlər müzakirə olunacaq.

Buta.media-nın xəbərinə görə, bu barədə TASS məlumat yayıb.

Müzakirələrin bağlı qapılar arxasında keçiriləcəyi bildirilir. Ali diplomatların görüşünə ATƏT Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endrü Şofer (ABŞ) də qoşulacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ