Azərbaycanda QİÇS-in ən çox yayıldığı bölgələr məlum oldu

QİÇS xəstələrinə daha çox Şirvan, Hacıqabul, Sumqayıt, Astara, Lənkəran, Masallı, Yevlax rayonlarında rast gəlinir.

Bu barədə Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov bildirib.

O qeyd edib ki, Bakıda isə hər 10 min nəfərdən 7,9 faizi bu xəstəliyə yoluxur: 

“Bu kifayət qədər yüksək göstəricidir. Yoluxma mənbəyi ərazi olaraq qiymətləndirilir. Bölgələrdə xəstəliyin aşkar edilməsi istiqamətdə labaratoriyalarımız mövcuddur. Belə ki, xəstəliyə yoluxma ehtimalı olan insanlar müəyyən olunur və müalicəsi aparılır”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ