İranda millinin uduzmasını qeyd edən azarkeşi polis başından güllələdi

Milli komandanın 2022-ci ildə keçiriləcək futbol üzrə dünya çempionatından ayrılmasını qeyd edən azarkeş Mehran Samak İranda polis tərəfindən güllələnərək öldürülüb. 

Bu barədə The Guardian məlumat yayıb.

Nəşrin mənbəsinin məlumatına görə, noyabrın 29-da İran yığması ABŞ komandasına uduzduqdan və Qətərdə keçirilən dünya çempionatından kənarlaşdırıldıqdan sonra 27 yaşlı azarkeş avtomobilindən siqnal verməyə başlayıb. Buna görə İran hüquq-mühafizə orqanları ona yaxınlaşaraq başından güllələyiblər. Qeyd olunur ki, hadisə ölkədə kütləvi nümayişlər fonunda baş verib.

Noyabrın 29-da İran millisi dünya çempionatının qrup mərhələsinin son turunda ABŞ komandasına uduzub. Oyun 0:1 hesabı ilə başa çatıb. Yeganə qolu 38-ci dəqiqədə yarımmüdafiəçi Kristian Pulişiç vurub. Amerikalılar bu qələbə sayəsində B qrupunun cədvəlində iranlıları keçərək turnirin pley-off mərhələsinə yüksəliblər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ