Ermənilər azərbaycanlılara məxsus qəbirləri təhqir ediblər - video

Ermənilərin azərbaycanlılara məxsus qəbirləri dağıtdıqlarını əks etdirən yeni görüntülər yayılıb.

Sosial şəbəkələrdə paylaşılan vandallıq videosunun harada çəkildiyi məlum deyil, ancaq relyefinə görə Qarabağa oxşayır.

Kadrlarda hərbi geyimdə olan ermənilərin azərbaycanlılara məxsus qəbirləri təhqir etmələri – başdaşılarını sındırmaları və qəbrin üstündə gəzmələri əks olunub.

Kadrlardakı ermənilərdən birinin gödəkçəsinin qolunda Rusiya Federasiyası Daxili Qoşunlarına məxsus şevron (2016-cı ilədək istifadə olunub – red.) olduğu da görünür.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ