Braziliya millisinin futbolçuları DÇ-2022-də oyun öncəsi virusa yoluxdular

Qətərdə keçirilən dünya çempionatının qrup mərhələsinin 2-ci turunun İsveçrə millisinə qarşı oyunu öncəsi Braziliya millisinin üç futbolçusu virusa yoluxub. 

Bu barədə Goal.com xəbər verir.

Mənbənin məlumatına görə, qapıçı Alisson, yarımmüdafiəçi Lukas Paketa və hücumçu Antoni qrip simptomlarına görə məşqləri buraxıb. İdmançıların komandadan təcrid olunduğu qeyd edilir. Onlar hoteldə ayrıca məşq edirlər.

İlk turdan sonra G qrupuna üç xalla Braziliya millisi başçılıq edir. İkinci yerdə eyni xalı olan, lakin top fərqinə görə braziliyalılardan geri qalan İsveçrə yığması qərarlaşıb. Üçüncü və dördüncü yerlərdə isə müvafiq olaraq, xal toplaya bilməyən Kamerun və Serbiya komandaları yer alıb.

Braziliya və İsveçrə milliləri arasında görüş noyabrın 28-də keçiriləcək. Hücumçu Neymar və müdafiəçi Danilo zədə səbəbindən görüşü buraxacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ