Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Mirzəzadə Nurəddin Burhan oğlu ehtiyatsızlıqdan baş vermiş bədbəxt hadisə nəticəsində vəfat edib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Xəbərə görə, faktla bağlı araşdırma aparılır.
“Hərbi qulluqçunun ailəsinə, yaxınlarına dərin hüznlə başsağlığı verir və səbir diləyirik. Allah rəhmət eləsin!”, - Müdafiə Nazirliyinin açıqlamasında bildirilir.