Kreml Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanmasının müddəti haqda

Heç kim Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını konkret tarixə uyğunlaşdırmağa çalışmır. Əsas odur ki, sənəd imzalansın və dayanıqlı sənəd olsun.

Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Burada heç kim belə mürəkkəb sazişin imzalanmasını müəyyən tarixə salmağa çalışmır, bu, səhv olardı. Əsas odur ki, sənəd imzalansın”, - Peskov bildirib.

O əlavə edib ki, bu məsələdə hələ də “müəyyən nüanslar” var, və nizamlanma müntəzəm tədbirlər zamanı və digər formatlarda mümkündür.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ