Türkiyədə güclü zəlzələ, 35 yaralı

Türkiyənin Düzce rayonunda 5,9 bal gücündə zəlzələ olub.

Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Yerli vaxtla 04:09-də qeydə alınan zəlzələ yerin 6,81 kilometr dərinliyində baş verib.

Yeraltı təkanlar İstanbul, Ankara, Əskişəhər, Bursa, Kocaeli, Sakarya, Bolu, Ədirnə və bəzi ətraf şəhərlərində də hiss olunub.

Zəlzələ ilə bağlı İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu, ölkənin daxili işlər naziri Süleyman Soyulu tviter hesablarında paylaşım ediblər. Onlar təbii

Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) zəlzələ nəticəsində yaralanların sayının 35 nəfərə çatdığını bildirib.

Məlumata görə, Düzcedə 32, İstanbulda 1, Zonguldakda 1 və Boluda 1 nəfər xəsarət alıb. Düzcedə yaralanan şəxslərdən birinin vəziyyəti ağırdır. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ