Azərbaycanda qadın müğənni dəhşətli qəza törətdi və öldü - VİDEO

Bakı-Sumqayıt yolunda ölümlə nəticələnən avtoqəza baş verib.

 

Bu barədə ONA məlumat yayıb.

 

Quba rayon sakini Paşayeva Şəhla Nadir qızı “Kia” markalı avtomobillə paytaxtdan Abşeron rayonunun Masazır qəsəbəsi istiqamətində hərəkətdə olarkən idarəetməni itirib.

 

Nəticədə avtomobil yol kənarındakı beton arakəsməyə və ağaca çırpılıb. Deformasiyaya uğramış avtomobildə ağır xəsarətlər alan Ş.Paşayeva yerində keçinib.

 

Hadisə yerinə Abşeron rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Müəyyən olunub ki, sürücü spirtli içkinin təsiri altında avtomobili idarə edirmiş.

 

Bildirilir ki, Ş.Paşayeva müğənni kimi fəaliyyət göstərirmiş.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ