İran Fordo zavodunda ilk dəfə uranın 60%-ə qədər zənginləşdirilməsinə başlayıb və ölkənin 60%-lik uran istehsalının həcmini artırıb.
İranın Atom Enerjisi Təşkilatı bunu Beynəlxalq Atom Enerjisi Agentliyinin (AEBA) qərarına cavab olaraq atıb.
Qeyd edək ki, Hərtərəfli Birgə Fəaliyyət Planının icrasına başlanıldıqdan sonra AEBA İrana qarşı üçüncü dəfə qətnamə qəbul edib. Qətnamə Hərtərəfli Birgə Fəaliyyət Planının üzvü olan üç Avropa ölkəsi tərəfindən təklif və təsdiq edilib. Üçüncü qətnamədə İran və onun nüvə fəaliyyətinə qarşı sərt çağırışlar var.