NATO Parlament Assambleyası Rusiyanı terrorçu dövlət kimi tanıyıb və rusiyalı cinayətkarlarını cəzalandırmaq üçün xüsusi Beynəlxalq Tribunal yaratmağa çağırıb.
“Vesti Ukraina” yazır ki, bunu Ukraynanın xalq deputatı, NATO PA-da daimi nümayəndə heyətinin rəhbəri Yeqor Çernev deyib.
“NATO Parlament Assambleyası Rusiyanın işğalçı siyasəti ilə bağlı xüsusi Beynəlxalq Tribunalın yaradılmasına çağırıb və onu terrorçu dövlət kimi tanıyıb. NATO-nun 30 ölkəsinin hamısı nümayəndə heyətimizin təkliflərini dəstəkləyib. Belə tribunal təkcə hərbi cinayətlərin birbaşa icraçılarını deyil, həm də Rusiya Federasiyasının ali rəhbərliyini məhkum etməyə imkan verəcək. Qətnamə NATO-ya üzv olan bütün ölkələrin hökumətlərinə və parlamentlərinə göndəriləcək”, - deyə Yeqor Çernev bildirib.
O qeyd edib ki, qətnamədə Ukrayna üçün bir sıra mühüm qərarlar var. Söhbət Kiyevə silah tədarükünün artırılmasından, Ukraynanın NATO-ya daxil olması üçün konkret addımların hazırlanmasından və Ukraynaya dəymiş ziyana görə Rusiyadan kompensasiyaların alınması mexanizminin yaradılmasından gedir.