Türkiyə ərazisi Suriyadan raket atəşinə tutuldu

PKK/YPG terror qruplaşması Suriyanın şimalından Türkiyənin Qaziantep şəhərinin Karkamış rayonuna 5 raket atıb.

Hadisə nəticəsində 2 nəfər həlak olub, 6 nəfər yaralanıb.

Əraziyə təcili tibbi yardım maşınları və xilasedicilər cəlb olunub.

Daha sonra Suriyanın şimalından Türkiyə ərazisi yenidən atəşə tutulub. Ölkənin Kilis şəhərinə 3 raket düşüb.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri noyabrın 20-də Suriya və İraqın şimalında yeni anti-terror əməliyyatına başlayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ