Gürcüstanda sürətlə “Honq Konq qripi” yayılır

Gürcüstanda qripə yoluxma hallarının sayı artır, bu il əksər hallarda “Honq Konq qripi” adlanan xəstəlik sürətlə yayılır. 

Bu barədə İaşvili İvane Çxaidze adına Mərkəzi Uşaq Xəstəxanasının tibbi direktoru yerli KİV-ə deyib.

Onun sözlərinə görə, ölkədə H3N2 virusu dövriyyədədir, H1N1 virusunun da yayılma halları var.

“Bu il Gürcüstanda qripin yayılması çox erkən başlayıb”, - Çxaidze bildirib.

Həkimlər dekabr-yanvar aylarında koronavirusun “Omicron” ştamının yayılması ilə eyni vaxtda qripə yoluxma hallarının pik səviyyəsini gözləyirlər. Tibb işçiləri xəbərdarlıq edir ki, qrip və koronavirusun müalicə rejimi fərqlidir, ona görə də diaqnozun əvvəldən qoyulması vacibdir.

Qripin bu il əksər hallarda, xüsusən də azyaşlı uşaqlarda “Omicron”dan daha ağır keçəcəyi proqnozlaşdırılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ