NASA “Orion” kosmik gəmisini Aya göndərdi

ABŞ Kosmik Agentliyi NASA noyabrın 16-da səhər saatlarında “Orion” kosmik gəmisi ilə birlikdə super ağır daşıyıcı SLS-i (Space Launch System) Aya göndərib.

Raket Floridadakı “Kennedi” Kosmik Mərkəzindən yerli vaxtla saat 1:04-də (Bakı vaxtı ilə 10:04) qalxıb. Əvvəllər texniki problemlərə görə buraxılış bir neçə dəfə təxirə salınmışdı.

SLS və “Orion”un buraxılması “Artemis 1” missiyasının hissəsidir. Kosmik gəmi pilotsuz sınaq rejimində Aya uçmalı, peykin orbitində bir neçə həftə qalaraq Yerə qayıtmalıdır.

2024-cü ildə dörd astronavtın Ay ətrafında uçacağı “Artemis 2” missiyası baş tutmalıdır. “Artemis-3” isə 2025-ci ilə planlaşdırılıb, bu missiya ərzində astronavtlar Ayın səthinə enməli olacaqlar.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ