ABŞ başda olmaqla Qərb Rusiyaya hücum edir - Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Rusiya qeyri-adi, güclü dövlətdir.

Onun sözlərini Türkiyə mətbuatı sitat gətirib.

“Əlbəttə, ABŞ başda olmaqla Qərb Rusiyaya hücum edir. Bütün bunların qarşısında Rusiya təbii ki, müqavimət göstərir. Biz də buradan sülh dəhlizini necə aça biləcəyimizi anlamağa çalışırıq. İnanırıq ki, bunun üçün ən yaxşı yol dialoqdan sülhə keçə bilər”, - deyə Ərdoğan bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ