Kadırov Rusiyanın Xersonu tərk etməsindən danışdı

Çeçenistanın rəhbəri Ramzan Kadırov Ukraynadakı Rusiya qoşunlarının qruplaşmasının komandiri general Sergey Surovikinə “RF ordusunun Xersondan çıxarılması” ilə əlaqədar hərbçiləri qoruduğuna görə təşəkkür edib.

Kadırovun sözlərinə görə, “general Surovikin mənasız bəyanatlar naminə qurbanlar verməklə əsgərlərin qiymətsiz həyatını xilas etmək arasında çətin, lakin düzgün seçim edib”.

“Xerson sabit müntəzəm sursat təchizatı və güclü, etibarlı arxa cəbhənin formalaşması imkanı olmayan çox çətin bir ərazidir. Xüsusi əməliyyatın ilk günlərindən niyə bu edilmədi? Bu başqa sualdır”, - Kadırov yazıb.

O, Xersonun “təslim olması” barədə danışmamağa çağırıb. 

Kadırov ayrıca qeyd edib ki, o, biznesmen Yevgeni Priqojinin fikri ilə həmrəydir. Priqojin daha əvvəl bəyan etmişdi ki, RF Silahlı Qüvvələrinin Xersondan çıxarılması “qalib addım deyil, lakin bundan nəticə çıxarmaq vacibdir”.

Onun fikrincə, Surovikin “məsuliyyətdən qorxmayan bir adam kimi hərəkət edib” və qoşunların minimal itki ilə çıxarılması Surovikinin etməli olduğu ən böyük nailiyyətdir. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ