“Mən direktorun işdən çıxarılmasını doğru hesab etmirəm”.
Buta.media-nın məlumatıma görə, bunu jurnalsitlərə deputat Fazil Mustafa bildiriib.
O qeyd edib ki, mindən çox şagirdə nəzarət etmək direktorun imkanları xaricindədir: “Direktor 2 min nəfər şagirdə necə nəzarət eləsin".
Daha sonra deputat sosial şəbəkələrdə paylaşım edərək bildirib ki, bir sürü bizə əxlaq dərsi keçməyə çalışır:
"İndi baxıram ki, "Məktəb direktorunun işdən çıxarılmasını doğru hesab etmirəm" başlığı ilə paylaşımlar edərək bir sürü sözün bütün mənasına danabaş bizə əxlaq dərsi keçməyə çalışırlar.
Çıxışımızın mətni problemin mahiyyətinin açılmasına yönəldiyi halda, bir cümləni həmişəki kimi başlığa çıxarıb təhqiramiz rəy yazan nadanlara qarşı yenə də haqlı mövqeyimi ortaya qoymaqdan məmnunluq duyuram. Mən onlara hüquq dərsindən danışıram, yəni burada bütün subyektlərin davranışına hüquqi qiymət verilməlidir, səs yazısı da, intihara səbəb olan motivlər də istintaq orqanı tərəfindən qiymətləndirilməlidir.
Sonra direktoru nəinki işdən çıxarmaq, günahı sübut oluunarsa, həbs edib ağır cəza da vermək olar. Hələ həkimlərin öz peşə borcuna münasibəti də konkret hadisədə qiymət verilməsi vacib amillərdən biridir. Yaxud başqa bir şəxs günahkardırsa, yenə də eyni qaydada qanunun tələbləri yerinə gətirilməlidir. Yarğısız infazdan çox zaman gileylənən, iqtidarı buna görə ittiham edən insanların çoxusu xüsusi canfəşanlıqla yarğısız infaza bəraət qazandırırlar.
Buradan çıxarılası ən mühüm dərs valideyn-məktəb münasibətlərinin sağlamlaşdırılması yollarının ictimai müzakirəyə çıxarılması və optimal ünsiyyət formalarının tapılmasıdır".