Bakı aeroportunda avtomobil yandı - video

Heydər Əliyev Beynəlxalq Aeroportunun aerovağzal meydanında minik avtomobilində yanğın baş verib.

Bu barədə hava limanının Mətbuat xidməti məlumat yayıb. 

Məlumata görə, “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Aviasiya Təhlükəsizliyi Baş İdarəsinin Yanğından Mühafizə Xidmətinin əməkdaşlarının operativ tədbirləri nəticəsində yanğın söndürülüb və onun qonşu avtomobillərə keçməsinin qarşısı alınıb.

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ