Toy günü ölən 18 yaşlı Nuranənin - Fotosu

Yevlaxda baş verən qəzada ölənlərdən biri də bu gün toyu olacaq Nuranə Hüseynovadır.

“Qafqazinfo”nun məlumatına görə, toy üçün gözəllik salonuna gedərkən qəzaya düşən Nuranənin sosial şəbəkələrdə fotosu yayılıb.

Qeyd edək ki, hadisə rayonun Səmədabad kəndində baş verib. “BMW X5” markalı avtomobil idarəetmədən çıxaraq Yuxarı Qarabağ kanalına aşıb. 

Hadisə nəticəsində avtomobildə olan 1991-ci il təvəllüdlü Qasımov Famil Abbas oğlu, 2004-cü il təvəllüdlü Hüseynova Nuranə Hümbət qızı və əmisi qızı Günay Hüseynova dünyasını dəyişib. Avtomobildə olan digər sərnişin Xəyalə Hüseynova isə xəstəxanaya çatdırılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ