Azərbaycanda uşaq bağçalarından birində Zəfər Günü ilə bağlı keçirilən tədbirdən görüntülər yayılıb. Görüntülərdə Vətən müharibəsində yaralanmış qaziləri canlandırmaq üçün uşaqların müxtəlif orqanları – ayaqları, başları, qolları sarınıb. Əllərində əsa ilə axsaya-axsaya meydana çıxan uşaqlar qaziləri təmsil ediblər.
“Qafqazinfo” xəbər verir ki, görüntülər sosial şəbəkədə hiddətlə qarşılanıb. Uşaqların Zəfər Gününü bu şəkildə qeyd etməsi tənqid olunub.
Görüntülərin hansı məktəbəqədər təhsil müəssisəsində çəkildiyi məlum deyil.
Həmin görüntüləri təqdim edirik: