Dunayda 35 mərtəbəli göydələn yandı - video

Noyabrın 7-də səhər saatlarında Dubayda dünyanın ən hündür binası olan Burj Xəlifə yaxınlığındakı 35 mərtəbəli “Emaar” göydələnində güclü yanğın baş verib.

ABC telekanalının məlumatına görə, yaşayış binasında baş verən yanğın artıq söndürülüb. Binanın üzərində kömürləşmiş alov izləri görünür. Yanğın nəticəsində xəsarət alanların olub-olmaması ilə bağlı hələ ki məlumat açıqlanmayıb.

Qeyd edək ki, sözügedən göydələn “8 Boulevard Walk” adlı qüllələr qrupuna daxildir.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ