Fransa prezidenti Emmanuel Makronun 24 aprel tarixin qondarma “erməni soyqırımı qurbanlarının anım günü” kimi elan etməsi Türkiyə-Fransa münasibətlərinə mənfi təsir göstərəcək.
Buta.media Anadlou agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə XİN-nin bəyanatında deyilir.
“Avropa İnsan Hüquqları Məhkəməsi və Fransanın Konstitusiya Şurası qərar veriblrə ki, 1915-ci il hadisələri ilə bağlı mübahisələrin qanuni əsası var. Ermənilərin iddialarının siyası təzyiq elementinə çevirmək beynəlxalq hüquqa ziddir. Makronun qərarı 700 min etnik türkün maraqlarını tapdalayır”
Öz növbəsində Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Fransa prezidentinin fərmanını şərh edərkən qeyd edib ki, Emmanuel Makron beynəlxalq hüququ kobud pozub.
Çavuşoğlu bildirib ki, Fransa prezidenti qərar verməkdən əvvəl öz ölkəsinin tarixinin qaranlıq məqamlarına diqqət yetirməli idi.
Xatırladaq ki, Fransa prezidenti Emmanuel Makron 24 aprelin qondarma “erməni soyqırımının anım günü” kimi elan edilməsi bağlı fərman imzalayıb.