Kürdəmirdə 17 yaşlı qadın doğuşdan sonra ölüb

Kürdəmirdə yeniyetmənin doğuş zamanı vəfat etməsi ilə bağlı cinayət işi başlayıb.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Məlumatda qeyd edilir ki, noyabrın 06-sı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında 2005-ci il təvəllüdlü Şəbinur İsayevanın qeysəriyyə əməliyyatından sonra səhhətinin pisləşməsi nəticəsində ölməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ