Afrikada göyərtəsində 53 nəfər olan təyyarə gölə düşdü - video

Tanzaniyanın “Precision Air” aviaşirkətinin sərnişin təyyarəsi Viktoriya gölünə düşüb. Bu barədə “Tanzania Broadcasting Corporation” (TBC) milli televiziya şəbəkəsi məlumat yayıb.

Bildirilir ki, təyyarədə 53 nəfər olub: 49 sərnişin və 4 ekipaj üzvü. Təyyarə Tanzaniyanın inzibati mərkəzi olan Dar əs-Salam şəhərindən Afrika ölkəsinin digər şəhəri Mvanzaya uçub. İlkin məlumata görə, qəzaya fırtına və güclü yağış səbəb olub.

Hazırda axtarış-xilasetmə əməliyyatı davam edir. TBC xəbər verir ki, indiyədək 15 nəfər xilas edilib. Sosial şəbəkələrdə paylaşılan video və görüntülərdə təyyarənin demək olar ki, tamamilə su altında olduğu, yalnız quyruğunun suyun üstündə olduğu görünür.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ