Lukaşenko İlham Əliyev və Putini qara kürüyə qonaq etməsindən danışdı - video

Belarus prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarı Vladimir Putin və Azərbaycan prezidenti İlham Əliyevi qara kürüyə qonaq etməsindən danışıb. Videonu Belarus liderinin mətbuat xidmətinə yaxın olan “PUL PERVOQO” Telegram kanalı yayıb.

“Minskin yaxınlığında idim (...), hovuzlarda nərə balığı yetişdirilirdi, və qara kürü alınırdı. Kimi qonaq etsəm təəcüblənirdi. Mən xüsusi olaraq İlham Əliyevə və Putinə hədiyyə etdim”, - Lukaşenko respublikanın milli biotexnologiya korporasiyasına səfəri zamanı deyib.

Belarus rəhbərinin sözlərinə görə, “heç Kremldə belə kürü yoxdur” və o, Putinə məhsulun dadına baxmağa təklif edib. Lukaşenkonun sözlərinə görə, Rusiya prezidenti Belarusun belə kürü istehsal etməsindən təəccüblənib.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ