Türkiyə Rusiyanın "taxıl müqaviləsi"ndə iştirakının səbəbini açıqladı

 

Rusiya taxıl dəhlizi üçün Ukraynadan təhlükəsizlik zəmanəti alıb, istədiyi nəticəni əldə edib, bundan sonra taxıl müqaviləsində iştirakını bərpa edib.

Bu barədə noyabrın 3-də Türkiyə prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın TRT telekanalının efirində məlumat verib.

“Biz hesab edirik ki, Rusiya Federasiyası tələb etdiyi şeyi aldı.

Kalının fikrincə, Moskvanın müqavilədə iştiraka qayıtmasında Ankaranın böyük rolu olub. O qeyd edib ki, işdə Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri və müdafiə naziri iştirak edib.

"Son 3-4 gündə böyük diplomatik səylər göstərdik", - Ərdoğanın sözçüsü bildirib.

Kiyevlə danışıqlar aparılıb. Ukrayna prezidenti Vladimir Zelenski Türkiyə lideri ilə dünən telefon danışığı zamanı taxıl müqaviləsinə sadiqliyini təsdiqləyib, Kalın vurğulayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ