Aprelin 15-dək kompensasiya alacaq vətəndaşlar barədə məlumatlar tam olaraq sistemə inteqrasiya olunacaq.
Bununla bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) Buta.media-ya məlumat verilib.
Qeyd olunur ki, problemli kreditlərlə bağlı kompensasiya və restruktrizasiya güzəştinin şamil olunacağı cari kreditlərlə bağlı ödənişlərin verilməsinə isə aprelin sonlarından başlanılacaq və may ayının sonuna kimi yekunlaşacaq.