Elnur Əli oğlu Əliyev Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini vəzifəsindən azad edilib.
Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Xatırladaq ki, ötən gün Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Mədəniyyət Nazirliyində xüsusi əməliyyat keçirib.
Əməliyyat nəticəsində mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev də saxlanılıb.