Məktəblərdə pəncərələr ləğv edilir? - FOTO+YENİLƏNİB

Təhsil Nazirliyi bir sıra kütləvi informasiya vasitələrində məktəblərdə pəncərələrə dəmir barmaqlıqların quraşdırılması barədə yer alan xəbərlərə münasibət bildirib.

Buta.media-nın məlumatına görə, nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov ONA-nın sorğusuna cavabında bildirib ki, Təhsil Nazirliyi tərəfindən bununla bağlı məktəblərə hər hansı tapşırıq verilməyib.

15:59

162 nömrəli məktəbin 8-ci sinif şagirdi Elina Hacıyevanın özünü məktəbin 4-cü mərtəbəsindən atıb öldürməsinin ajiotajı səngimir. 

Buta.media xəbər verir ki, Bakupost.az-a daxil olan məlumata görə, intihar hadisəsindən sonra məktəbin direktoru Sevinc Abbasovanı işdən qovan Təhsil Nazirliyinin rəhbərliyi şok qərar verib. 

Belə ki, sayt iddia edir ki, nazirlik bütün məktəblərə qeyri-rəsmi formada tapşırıq verib ki, yuxarı mərtəbələrdə pəncərələri ləğv etsinlər. Qeyd edilir ki, məktəb rəhbərliyi də tapşırıqdan sonra yuxarı mərtəbələrdəki pəncələri bağlayıb, dəstəklərini çıxarıb ləğv edirlər. Bir çox məktəbdə isə yuxarı mərtəbələrin pəncələrinə dəmir barmaqlılar quraşdırılır. 

Mənbə deyir ki, artıq Sabunçu rayonundakı 94 nömrəli məktəbdə nazirliyin bu tapşırığına əsasən pəncələr ləğv edilib.

Baku.ws isə bildirir ki, 22 nömrəli məktəbin direktoru Azər Ələkbərov intihar hadisələrinin qarşısını almaqdan ötrü məktəbin bütün pəncərələrinin dəstəyini çıxartdırdığı tapşırıb. Direktor həmçinin pencərələrin açılmaması üçün onların birdəfəlik şuruplanması və bağlanması tapşırığını verib. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ