Ərdoğan Putinə dəstək oldu

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dünya liderlərinin Rusiya prezidenti Vladimir Putinə münasibətini tənqid edib.

“Praqada (zirvə toplantısında) kiminlə danışsam, hamı ona qarşıdır. Mən onlara dedim ki, bu səhv yanaşmadır. Əgər siz Rusiyaya yanlış yanaşmalar göstərsəniz... o (Putin) özünü lider kimi göstərəcək”, - Ərdoğan bildirib.

Türkiyə lideri əlavə edib ki, “Putin təzyiq olunduğu zaman geri addım atacaq siyasətçi deyil”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ