Rusiya “taxıl sazişi”ndə iştirakını bərpa edib

Rusiya Sevastopoldakı gəmilərə hücumdan sonra dayandırılmış “taxıl sazişi”ndə iştirakını bərpa edib. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, Rusiya tərəfi Ukraynadan yazılı təminat alıb - Kiyev taxıl dəhlizindən Moskvaya qarşı hərbi əməliyyatlar üçün istifadə etməyəcəyinə söz verib.

RF Müdafiə Nazirliyi əlavə edib ki, BMT və Türkiyənin vasitəçiliyi ilə sövdələşməyə qayıtmaq mümkün olub. “Rusiya Federasiyası hesab edir ki, hazırda alınan zəmanətlər kifayətdir və sazişin icrasına davam edir”, - nazirlik əlavə edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ