“Soçidə Azərbaycan Prezidenti İlham Əliyev və Rusiyanın dövlət başçısı Vladimir Putinlə keçirdiyimiz üçtərəfli görüş regionda sülhün bərqərar edilməsi istiqamətində irəliləyiş olub”.
Bunu Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.
O bildirib ki, Ermənistanın Soçi görüşündən əvvəl və ondan sonrakı siyasəti dəyişməzdir.
Hökumət başçısı söyləyib ki, Soçidə keçirilən üçtərəfli görüşdə yalnız Praqada əldə olunan razılaşmalar təsdiqlənib: “Biz razılıqları təsdiqləmişik, Rusiya və Azərbaycandan da etiraz olmayıb”.
Qeyd edək ki, oktyabrın 31-də Soçidə Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyanın dövlət başçısı Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşü olub.