Əlcəzair hökuməti genişmiqyaslı etiraz aksiyaları fonunda istefaya gedib.
Bu barədə ölkənin rəsmi informasiya agentliyi məlumat yayıb.
Qeyd edək ki, Əlcəzairdə fevralın 22-dən etiraz aksiyaları keçirilir. Aksiya iştirakçıları Əbdüləziz Buteflikanın prezident seçkilərində iştirak etməsinə qarşı çıxış edirlər.