İTV-də maaş qalmaqalı: Aktyor getdi

İctimai Televiziyada (İTV) yayımlanan “Dağıntılar altında” serialının qəhrəmanlarına maaş verilmir.

Buta.media-nın məlumatına görə, bu barədə layihədə Şahmar obrazını canlandıran aktyor Səmimi Fərhad  sosial şəbəkədə status.

O, serialdan maaşa görə çıxdığını qeyd edib: “Əziz dostlar, həmkarlar yazıb, zəng edib serialdan çıxmağımın səbəbini soruşanlar. Sizcə, bir aktyor sevdiyi obrazından, məsuliyyətlə və sevə-sevə çalışdığı serialdan niyə çıxsın ki? - Həmişə olduğu kimi, maaşların vaxtında verilməməsinə görə.

Və bu hal mütəmadi şəkildə təkrarlandıqca mən hər dəfəsində belə getsə, çıxacağımı açıq və net şəkildə bildirmişdim. Maaşların gecikmə səbəbini isə prodakşn belə izah edir: Dövlət gecikdirir”.

Aktyor əlavə edib ki, Prezidentin imzaladığı sərəncamla filmlərin çəkilməyinə vəsait də ayrılıb:

“İndi mən çıxdım, mənim yerimə gələn hər hansı bir həmkarım və digərləri vaxtında maaşlarını alacaqlar. Bu və buna bənzər hallar əvvəllər də baş verib. Mən inqilabçı deyiləm, nə də aktyorların hüquqlarının müdafiəçisi deyiləm. Atalar el üçün ağlayan kor qalar deyib. Min doğrum qalır, bir yanlışım danışılır. Sən demə, yanlışım da maaşımı vaxtında istəməyimdir. Özünüzə yaxşı baxmasanız da, özünüzə və sənətinizə dəyər verin! Mən monopoliyanın təkcə ticarətdə olduğunu bilirdim, yaradıcılıqda yox...

Kanallara serial satan cəmi iki-üç prodakşn, bir neçə rejissor var və onlar da bəlli aktyorlarla çalışır. Pulunu vaxtında istəyən aktyora heç bir əziyyətinə, məsuliyyətinə baxmadan problemli aktyor deyirlər”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ