Cənubi Koreyanın paytaxtı Seulun İtavon rayonunda keçirilən Hellouin tədbiri zamanı izdiham yaşanıb.
Hadisə zamanı bir çox insanın infarkt keçirdiyi bildirilib.
Seulda bayramı şənliyi zamanı yaranan izdihamda həyatını itirənlərin sayı 151-ə yüksəlib. Səlahiyyətlilər 150 nəfərin yaralandığını, 355 nəfərin isə itkin düşdüyünü bildirib.
Cənubi Koreya Prezidenti Yun Sok Yol yaralılara ilkin tibbi yardımın göstərilməsi və ərazinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı təcili göstəriş verib.
Digər tərəfdən, yerli mətbuatda yer alan bəzi məlumatlara görə, adı açıqlanmayan bir məşhurun gəlməsi ilə bağlı şayiələr yayıldıqdan sonra insanlar İtaevonda bir əyləncə məkanına axışaraq izdiham yaradıblar.